ATƏT-in illik konfransında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılacaq
28.06.2016 448 0.0 0

 Bu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq.
 
 TASS agentliyinə istinadən verilən xəbərə görə, üç günlük konfransın xüsusi sessiyası ATƏT məkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək.
 
Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.
 
Ukrayna münaqişəsinə dair ayrıca iclas keçirilməsi planlaşdırılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar