ATƏT haker hücumuna məruz qalıb
29.12.2016 900 0.0 0

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) IT sistemlərinin hakerlərin hücumundan ziyan gördüyünü bildirib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, ATƏT təşkilatın informasiya təhlükəsizliyini təhlükə altında qoyan bu addımı ciddi insident adlandırıb.

ATƏT nümayəndəsi bildirib ki, haker hücumu olduğu noyabrın əvvəlində müəyyənləşib. Onun sözlərinə görə, hücum nəticəsində ATƏT-in kompüter sisteminin məxfiliyi təhlükə altına düşüb.

Eyni zamanda, təşkilat haker hücumunun arxasında rusiyalı hakerlər olması haqqında fərziyyələr qurmaqdan imtina edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar