Atəşkəs rəsmi şəkildə pozuldu
03.01.2016 1256 0.0 0

Yəməndə husi üsyançılarına qarşı mübarizə aparan Səudiyyə koalisiyası ötən ay elan olunmuş atəşkəsə razılaşmasına bundan sonra riayət etməyəcəyini bəyan edib. 

Səudiyyə dövlət mediasının xəbərinə görə, buna səbəb, digər tərəfin - husi üsyançıların və hökümətə qarşı savaşan başqa Yəmən birləşmələrinin atəşkəsi mütəmadi şəkildə pozmasıdır. Koalisiyasının bəyanatında husilər və keçmiş prezident Əli Abdullah Salehə sadiq qüvvələr Səudiyyə Ərəbstanı ərazisinə ballistik raketlər buraxmaqda ittiham olunurlar.

 


Yəmən müxalifəti

Bununla belə, bəyanatda bildirilir ki, Səudiyyə koalisiyası münaqişənin dinc həlli yolu üçün əlverişli şərtlərin yaradılmasında maraqlıdır. Yəməndə hökümət qüvvələri ilə üsyançılar arasında atəşkəs razılaşması BMT-nin xətti ilə aparılan sülh danışıqları fonunda dekabrın 15-də qüvvəyə minib. 

Yarımçıq qalmış sülh danışıqlarının bu ay davam etdiriləcəyi gözlənilir. Səudiyyə Koalisiyasının üsyançılara qarşı hava kampaniyasına başladığı mart ayından bəri Yəməndə 6 mindən çox insan həlak olub, qurbanların yarıya qədəri dinc sakinlər olub. 

Münaqişə ölkədə onsuz da acınacaqlı vəziyyətdə olan humanitar vəziyyəti daha da pisləşdirib. Hazırda ölkə əhalisinin beşdə dörd hissəsinin yardıma ehtiyacı var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar