AŞURA GÜNÜ DAVUDOĞLU DA QAN VERİB
04.11.2014 1278 0.0 0

"Bu gün Kərbəla şəhidlərinin qanının torpağa düşdüyü gündür"

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Qırmızı Aypara (Kızılay) cəmiyyətinin qan bağışı kampaniyasına dəstək verib. Məlumata görə, Əhməd Davudoğlu və həyat yoldaşı Sara Davudoğlu cəmiyyətin Mərkəzi Anadolu şöbəsinə gedərək qan veriblər. 

Baş nazir Davudoğlu hər bir insanın çıxılmaz vəziyyətdə qəfildən qana ehtiyacı ola biləcəyini qeyd edib. 

“Allah heç kimi çətin vəziyyətdə, bir yaxını üçün qan axtarmaq məcburiyyətində qoymasın. Çox çətin vəziyyətdir. Əgər belə çıxılmaz vəziyyətə düşmək istəmiriksə indidən qan bağışlayaq və oxşar vəziyyətdə olan vətəndaşlarımıza yardım edək”.

Davudoğlu bu günün aşura günü olduğunu, qanvermə kampaniyasının bu günlə də əlamədar olduğunu deyib: 

“Bu gün məhərrəm ayının 10-u – aşura günüdür. Yəni Kərbəlanı yad etdiyimiz və Kərbəla şəhidlərinin qanının torpağa düşdüyü gündür. O baxımdan şəhidlərimizi də rəhmətlə yad edirəm. Şəhid qanının qüdsiyyətini düşünərək bütün qan kampaniyalarında bir tərəfdən də müqəddəs bir vəzifəni icra etdiyimizi bilməliyik. Bütün vətəndaşlarımızı ailəvi oaraq qan verməyə dəvət edirəm. İnşallah bizim qanlarımız da şəfaya vasitə olar”. //ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar