Astanada Suriya üzrə danışıqlar başlayıb
23.01.2017 986 0.0 0

Astanada Suriya münaqişəsinin həlli üzrə danışıqlar başlayıb.
 
“İnform.kz” saytına istinadən verilən məlumata  görə, görüşdə 7 ölkənin nümayəndələri iştirak edir. 
 
Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.
 
Görüş bağlı qapılar arxasında keçirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar