AŞPA missiyası Azərbaycanda referendumla bağlı ilkin rəyini açıqlayıb
27.09.2016 806 0.0 0

"Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik".

 

Məlumata görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.

 

Onun sözlərinə görə, AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib: "Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq.

 

Hesab edirik ki, referendumun nəticələri Azərbaycanın təhlükəsiz, stabil və davamlı inkişafı istiqamətində bir addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir. Azərbaycan hökumətini gələcəkdə seçki prosesini daha da inkişaf etdirməyə çağırırıq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar