AŞPA Ermənistanda keçiriləcək seçkiləri müşahidə edəcək
29.03.2017 730 0.0 0

AŞPA Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
 
AŞPA-nın saytına istinadən verilən xəbərə görə, aprelin 2-də keçiriləcək seçkilərdə işveçrəli deputat Lilian Mori-Paskyenin başçılıq etdiyi 22 nəfərlik nümayəndə heyəti müşahidə aparacaq.
 
Heyətə ATƏT Parlament Asambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri də daxildir.
 
Seçkidən bir gün sonra - aprelin 3-də İrəvanda nümayəndə heyəti mətbuat konfransı keçirəcək. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar