AŞPA Bakıda seminar keçirəcək
07.04.2017 564 0.0 0

Bakıda AŞPA-nın uşaq məsələləri üzrə yeni alt komitəsinin parlament seminarı keçiriləcək.
 
APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, mayın 31-də keçirilməsi planlaşdırılan seminara baronessa Dorin Messiy sədrlik edəcək.
 
“Rəqəmsal ətrafda uşaqların müdafiəsi və dəyərlərin qorunması” adlı seminarın əsas məqsədi internet üzərindən uşaqlara qarşı təhdidləri azaltmaq, onlar üçün daha təhlükəsiz internet məkanı, həmin məkanda özlərini müdafiə etmək qabiliyyətini artırmaq yollarını müəyyənləşdirərək təbliğ etməkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar