ASAN-da qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb
12.01.2016 445 0.0 0

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu il yanvarın 1-dən etibarən qazlaşdırma ilə bağlı texniki şərtlərin veriliməsini Azərbaycan Respublikası Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-ASAN xidmət mərkəzlərində həyata keçirməyə başlayıb.

 

Bu barədə SOCAR-dan məlumat verilib. Bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzləri tərəfindən həyata keçiriləcək. 

Abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, onlara göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması istiqamətində birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar