Arvadı başqa kişi ilə öpüşən prezident boşanır (FOTO)
18.04.2015 754 0.0 0

Bir kafedə başqa kişi ilə öpüşməsi ilə ölkə səviyyəsində qalmaqala imza atan Estoniyanın birinci xanımı ayrılır. Məlumata görə, Estoniya prezidenti həyat yoldaşı ilə yollarını ayırmaq haqqında qərar qəbul edib. 

Tomas Hendrik Ilves və Evelin Ilvesin boşanması barədə ölkənin prezident aparatından rəsmi məlumat verilib. Yazılı açıqlmada Ilveslərin boşanma qərarının şəxsi bir vəziyyətlə əlaqədar olduğu qeyd edilib. Boşanmadan sonra cütlüyə məxsus "Erma" turizm kompleksinin idarəsi də tamamilə prezidentə keçəcək. Bununla o 300 min avro dəyərindəki kredit və maliyyə öhdəliklərini də qəbul etmiş olacaq. 
Ailəyə aid olan Tallinndəki 3 otaqlı mənzil birinci xanıma qalacaq. 

Boşanmadan sonra ixtisasca həkim olan birinci xanım dövlətdən aldığı prezidentin həyat yoldaşı maaşı (2100 avro), maşın, sürücü, özəl katibə və təhlükəsizlik xidməti ilə təmin ediləcək. 

2004-cü ildə ailə quran cütlüyün Kadri Keiu adlı qızı var. 

Qeyd edək ki, Evelin Ilves prezidentin ikinci həyat yoldaşıdır. O, ilk dəfə amerikalı psixoloq Merri Bullokla ailəli olub. İlk evlilikdən Lukas Kristjan adlı oğlu və Cuulija Kristin adlı qızı var. 

Estoniya mətbuatı cütlüyün ayrılığına səbəb kimi ötən ilin avqust ayında birinci xanımın başqa bir kişi ilə səmimi yayılan fotolarını göstərib. 
Onun Tallindəki kafedə gənc bir şəxslə öpüşməsi Baltik ölkəsində böyük qalmaqala səbəb olmuşdu. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar