Baş nazir Artur Rasizadə SOCAR-da müşavirə keçirmişdir
Qazeta.info SOCAR-a istinadla bildirir ki, bu gün Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə SOCAR-da olmuş, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilmiş, Baş nazirin sualları cavablandırılmışdır.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.