Arif Yunusun apellyasiya şikayətinə baxılıb
27.02.2015 731 0.0 0

Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun apellyasiya şikayətinə baxılıb.

 

Məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

 

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Ötən il avqustun 5-də həbs edilən A. Yunusun barəsində məhkəmə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Oktyabr ayında həmin müddət fevral ayına, fevralın 23-də isə 5 ay artırılıb. Apellyasiya şikayəti sonuncu məhkəmə qərarından verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar