Arif Rəhimzadə rayonların dotasiyasının kəsilməsinə qarşı çıxıb
02.12.2016 981 0.0 0

Azərbaycan Milli Məclisinin komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında komitə sədri iclasda iştirak edən maliyyə nazirinə iradlarını bildirib.
 
Məlumata görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə maliyyə  naziri Samir Şərifova bildirib ki, yerli icra hakimiyyəti orqanlarının dotasiyasının kəsilməsi düzgün addım deyil.
 
A. Rəhimzadə qeyd edib ki, rayonlara dotasiya ayrılmaması və büdcələrinin öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə ziddir: “Belə bir qərar verməzdən əvvəl müəyyənləşdirilməliydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq. Avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Biz çalışmalıyıq ki, yerdə həll olunmalı məsələnin yerində həllinə nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsi buna çatmır, yoxsa səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, tələb etməliyik, bacarmırlarsa, işdən çıxarılsınlar. Məsələn, götürək Neftçala rayonunu. Bu rayonun ərazisində xeyli zavod, təşkilat, hətta neft müəssisəsi var. Şərait yaradaq işləsinlər, pul qazansınlar. Yerli özünü idarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətinə ciddi yanaşmaq lazımdır. Məsələn, bu il 70 bələdiyyə Maliyyə Nazirliyinə layihə təqdim edib, biri də qəbul olunmayıb. Onlara cavab yazılıb ki, maliyyə imkanları məhduddur, növbəti il baxılacaq. Niyə? Biz bələdiyyələrin fəaliyyətinə belə biganə yanaşırıqsa, bu sistemi niyə saxlayırıq? Əvvəllər kolxoz və sovxozlar vardı, yerdəki problemləri onlar həll edirdilər. İndi bu qurumlar yoxdur və bu problemlər bələdiyyələrin üstündə qalıb. Biz əgər bələdiyyələrin işinə belə laqeyd yanaşırıqsa, o zaman hansı maliyyələşmədən, hansı problem həllindən danışırıq?”
 
İclasa sədrlik dən vitse-spiker Bahar Muradova da A. Rəhimzadənin iradlarına haqq qazandırıb. O bildirib ki, müvafiq qurumlar iradlara cavab verməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar