Paytaxtda fəaliyyət göstərən “Araz” Marketlər Şəbəkəsiylə bağlı mətbuatda şikayət xarakterli məlumatlar yayılmaqdadır. Demək olar ki, bir neçə dəfə yerli KİV-lərdə sakinlərin “Araz” marketlər şəbəkəsinin fəaliyyətindən narazılıq etməsi haqda məlumatları yayılıb. Bildirək ki, yüksək xidmət adı ilə təbliğat aparan market rəhbərliyinin istehlakçıları aldatması hal ilə Qazeta.ifo saytına da məlumat daxil olub.
Bizə verilən məlumata görə,belə hallardan biri də “Araz” marketlər şəbəkəsinin Mehdiabadda yerləşən satış mərkəzində də baş verir.
Məlumata görə, qeyd edilən marketdə kəskin şəkildə qiymət artımı müşahidə olunmaqdadır.Belə ki, kassada vurulan qiymətlərlə vitrində olan qiymətlər arasında daciddi fərqlilik müşahidə edilir.
Xatırladaq ki, əldə etdiyimiz məlumatda bildirilir ki, bu gün günorta saatlarında qeyd edilən marketlər şəbəkəsinin Mehdiabad filialında müştərilər vitirinlərdə 2.65 AZN olan Rexona antiperesperantlarının kassada çekində 3.17 AZN qeyd edildiyinin şahidi olublar.
Araşdırmamız nəticəsində bəlli olub ki adı çəkilən mal digər marketlərdə 2.2 və 2.5 AZN təşkil etsə də "ARAZ" marketdə bu məhsul 2.65 AZN göstərilərək 3.17 AZN -ə satılır. Bu isə ortalama 0.82 AZN qiymət bahalaşması deməkdir ki, bu da təqribən 40 % ə yaxın artım hesab olumalıdır.
Bundan başqa bildirək ki, qeyd edilən marketdə "Heniz"peçeniyelərinin qiyməti də kəskin bahalaşma müşahidə olunur.Xatırladaq ki, "Heniz" mallarının rəsmi distribütoru olan "Araz" marketlər şəbəkəsindən fərqli olaraq başqa marketlərdə 1.87 AZN və 2 AZN-ə təklif olunan bu peçeniyelər nədənsə onun topdançısı hesab olunan "Araz" marketdə 2.28 AZN-ə müştərilərə satılır.Bildirək ki, bu qeyd edilən artım fərqi heç də cüzi artım hesab oluna bilməz.Belə ki , göstərilən rəqəmlər ortalama olaraq olaraq "Heniz"peçeniyelərində 0.35 AZN 18 % təşkil edir.
Xatırladaq ki , aşağıdakı fotodan da göründüyü kimi qeyd edilən hal çörək istisna olmaqla kassa çekində əks olunan 3 maldan ikisində müşahidə olunub.Bu isə barketdə bir sıra mallarda süni qiymət artımın olmasında xəbər verməklə yanaşı market rəhbərliyi əlavə qazanc əldə etmək niyyətində olması kimi də qiymətləndirilə bilər.
P.S . Qazeta info bildirir ki, sözü gedəm mövzu ilə əlaqədar qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.