Araz Ağalarov: «Emin hər həftə onların yanına uçur» (FOTO)
12.07.2015 1600 0.0 0

Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb. Məlumata görə, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.

"Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur" - deyə, o "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

Qeyd edək ki, Emin və Leylanın Əli və Mikayıl adında əkizləri var.

Xatırladaq ki, prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov 30 may 2015-ci il tarixində birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib. Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.


 

Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".

 

30 aprel 2006-cı ildə ailə quran cütlüyün 1 dekabr 2008-ci ildə Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. 

Azərbaycanın ictimai-siyasi həyatında öz rolu olan Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, bununla yanaşı Fondun Rusiya filialının rəhbəridir. Eləcə də Moskvada rus dilində nəşr "Баку" jurnalının təsisçisi və baş redaktorudur. Leyla Əliyeva həmçinin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. Bütün bu vəzifələrlə yanaşı incə ruhlu Leyla xanım şeirləri ilə sevilir.

Moskvada yaşayan Emin Ağalarov atasının qurduğu "Crocus" şirkətlər qrupunun vitse-prezidentidir. Daha çox bəstəkar-müğənni kimi tanınır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar