«Apteçka»da hansı dərmanlar olmalıdır - SİYAHI
02.01.2016 4626 0.0 0

2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reydlər insanları bazarlara axın etməyə vadar edir.

 

Bildirə ki, bu vasitələrə sahib olmayan sürücülərə qarşı cərimələr də sərtləşdirilib. Bəs `Apteçka`da hansı dərmanlar olmalıdır?

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunan sənədə əsasən avtomobillər üçün ilk tibbi yardım çantaları yəni `Apteçka`larda bu drəmanlar olmalıdır. 

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:

1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paket-
Konteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tubik 1
1.4. Aspirin qutu 1

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsiv ə sarğı üçün vəsaitlər:

2.1. Özünə və qarşılıqlı yardım məqsədi
ilə arterial qanaxmanı saxlaman üçün
təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10x5 ədəd 1
2.3. Qeyri-steril bint 10x5 ədəd 1
2.4. Qeyri-steril bint 5x5 ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli
və ya gümüş nitratlı 8x10 sm ölçüdə 
MAQ atravmatik sarğısı ədəd 1
2.6. Bakterisid leykoplastr 2,5x7,0 yaxud
2x5 ədəd 8
2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3
maq üçün 6x10 sm, 10x18 sm ölçüdə
furaqinli «Koleteks QEM» steril salfet-
ləri yaxud statin (toz halında) 1,0q dəst 3
2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li bri-
llant abısının məhlulu (zelyonka) flakon 1
2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 sm
öçüdə leykoplastr ədəd 1
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik
bint №1, 2, 6 hər birindən ədəd 1
2.11. Pambıq 50 q bağ 1


3. Ürək ağrılarına qarşı vəsaitlər:

3.1. Nitroqliserin həbləri №40 yaxud kap-
sulası №20 (trinitrolonq) qutu 1
3.2. Validol (tabletka yaxud kapsula) qutu 1

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

4.1. Süni nəfəs vermək üçün alət-
«Ağız-qurğu-ağız» ədəd 1

5. Bayılmaya qarşı vasitə:

5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

6.1. Enterodez qutu 2
yaxud aktivləşdirilmiş kömür №10 qutu 1

7. Stres hallarına qarşı vəsaitlər:

7.1. Korvalol flakon 1

8. Küt uclu qayçı ədəd 1
9. Təlimat ədəd 1
10. Plastmass futlyar ədəd 1


Qeyd edək ki, siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək, komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz. Eyni zamanda çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır./azvision.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar