Aprelin ilk günü Azərbaycanda qar yağdı - FOTO
02.04.2017 1353 0.0 0

Ötən gün Lerik rayonuna yağan yağış aprel ayı üçün xarakterik olmasa da, tədricən sulu qar və qara çevrilib.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun “Report”a verdiyi məlumata görə, aprel ayında bölgə ərazisində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək, ayrı-ayrı yerlərdə isə iqlim normasına yaxın olacağı gözlənilir.

Hazırda yağıntılar Lerik–Yardımlı ərazisində üstünlük təşkil edir. Lerikdə isə aprel ayı olmasına baxmayaraq, bütün rayon ərazisində qarlı hava müşahidə olunur.

Mütəxəssislər hesab edir ki, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq.

Müəssisədən bildirilib ki, hazırda bölgədə hökm sürən qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək. Daha sonra isə havaların yenidən mülayimləşəcəyi, temperaturun 22- 27 dərəcəyədək yüksələcəyi gözlənilir.

Hidrometeoroloqun sözlərinə görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 10-50 faizini təşkil edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar