Apreldə əhalinin əmanətləri azalıb
02.06.2017 718 0.0 0

Bu ilin may ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 783,8 mln. manat təşkil edib.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, aprel ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, mart ayı ilə müqayisədə apreldə banklardakı depozitlərin məbləği 939,1 mln. manat və ya 5,93% artıb.

 

Mart ayı ilə müqayisədə apreldə əhalinin banklardakı əmanətlərinin həcmi 41,7 mln. manat və ya 0,6% azalıb. May ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 847,5 mln. manat təşkil edir.

 

Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 584,6 mln. manat və ya 7,87% azalıb.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar