Antioksidan limonadı - RESEPT
04.05.2016 821 0
Sağlam həyat tərzi ən insan üçün ən vacib şərtlərdən biridir. Sağlamlığa xidmət göstərməyə dəstək məqsədilə bu dəfə sizə antioksidan limonadının reseptini təqdir edirik. Bu limonad həm sağlam həyat tərzinizin bir hissəsi, həm də ailə üzvlərinizə təqdim edəcəyiniz ən ləzzətli içki ola bilər.
Antioksidan limonadı üçün vəsaitlər:
- 1 litr su
- 4 sap nanə
- 6 ədəd limon
- 1 ədəd fındıq böyüklüyündə zəncəfil
Hazırlanması:
- Limonu yuyun və qabıqlarını rəndələyin.
- Zəncəfili soyun və rəndələyin.
- Limon, zəncəfil, suyu dərin və geniş bir qabda qarışdırın.
- Soyuducuda yarım saat saxlayın.
- Qarışımı nazik bir süzgəc və ya cunadan süzün.
- Limonadı stəkanlara süzün və nanə yarpaqları ilə süfrəyə təqdim edin. /lent.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər