Antalyada güclü partlayış baş verib-Yeniləndi
25.10.2016 833 0.0 0

Bu gün yerli vaxtla səhər saat 08.50 radələrində Antalya Sənaye və Ticarət Palatasının binasının duracağında bir avtomobildə baş verən partlayış nəticəsində 10 nəfər yüngül yaralanıb.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Antalya Valiliyi məlumat yayıb.  Həmin şəxslər şüşə parçalarının ətrafa saçılması nəticəsində xəsarət alıblar.

 

Partlayışın səbəbi, terror aktı olub-olmadığı hələlik dəqiqləşməsə də, şahidlər hadisənin baş verdiyi avtomobildə partlayıcı qurğu olduğunu bildiriblər. Hadisə zamanı ətrafdakı 4 avtomobilə ziyan dəyib. Eyni zamandakı yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb.

 

Qeyd edək ki, bu gün Antalya Sənaye və Ticarət Palatasında bir toplantı keçirilməsinin planlaşdırıldığı və  Antalya Böyük şəhər Bələdiyyəsinin sədri Menderes Türelin də toplantıda iştirakının nəzərdə tutulduğu üzə çıxıb. M. Türel jurnalistlərə planında dəyişiklik olmadığını və günorta saatlarında toplantıda iştirak edəcəyini bildirib.

 

 

***

 

Türkiyənin Antalya vilayətində güclü partlayış baş verib.

 

Məlumata görə, Ticarət və Sənaye Palatasının binasında baş verən partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadası cəlb olunub.

 

Partlayış nəticəsində Palatanın binası və yaxınlıqdakı digər binalara ciddi ziyan dəyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar