Antaliyada keçirilən "Böyük iyirmilik" zirvə toplantısına qarşı etiraz edənlər sammitin keçirildiyi əraziyə daxil olmaq istəyiblər.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, 15 nəfərdən ibarət etirazçı qrupu polis müqaviməti ilə qarşılaşıb. Yaşanan qarşıdurmada 10 nəfər həbs edilib.
Qorunan sahəyə daxil olmaq istəyən bir qrup polisə onları yoxlamağa imkan verməyib. Nəticədə polisin əmrinə tabə olmayan daha 4 nəfər saxlanılıb.
Təxminən 100 nəfərlik qrupun yürüş etməsinin qarşısı almaq üçün polis küçəni bağlayıb.
*** 14:24***
Türkiyənin Antalya şəhərində keçirilən G 20 zirvəsi zamanı etiraz aksiyası keçirilib.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bir qrup tələbə sammitin keçiriləcəyi yerə yürüş etmək istəyib. Tələbələr dünya liderlərinə yazılan məktubu oxuyublar. Daha sonra həmin məktubu liderlərə təqdim etmək üçün sammit bölgəsinə yürüş ediblər.
Polislər etiraz edən qrupun qarşısını alıb. Etirazçılar daha sonra oturaq aksiyaya başlayıblar. 20 dəqiqəyə yaxın davam edən aksiyada 4 nəfər polis tərəfindən saxlanılıb.
Antalyada G 20 sammitinə qarşı etiraz aksiyası