ANS ÇM radiosunun bağlanmasının səbəbi açıqlanıb
21.07.2016 620 0.0 0

"ANS ÇM radiosunun lisenziyasına xitam verilməsi yayımçının davamlı olaraq reklam qanunvericiliyinin tələblərini pozması ilə bağlıdır. Bu pozuntular lisenziyanın ləğv olunmasına hüquqi əsas yaradıb".
Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Mirzəzadə bildirib. 
Onun sözlərinə görə, radionun reklam qanunvericiliyinin tələblərini pozması halları hələ ötən ilin sonlarından başlayıb.
T.Mirzəzadə qeyd edib ki, qanunvericiliyin tələblərinin pozulmasına görə, MTRŞ ötən ilin dekabrın 23-də “ANS Müstəqil Yayım və Media Şirkəti”ni 161 min manat məbləğində cərimə edib: "Bundan sonra qərardan şikayət edən şirkətlə MTRŞ arasında məhkəmə çəkişməsi başladı. Bu ilin aprel ayında isə məhkəmə mübahisəyə son qoydu və proses MTRŞ-nın xeyrinə həll olundu. Şirkət isə hələ də 161 min manatı dövlət büdcəsinə geri qaytarmayıb. Məhkəmə bitsə də məhkəmə qərarları hələ ki, şuraya daxil olmayıb. Qərarların hər biri daxil olduqdan sonra MTRŞ məhkəmə qərarlarının icrası ilə məşğul olan quruma müraciət edəcək".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar