ANS cəbhədən som görüntülər yayıb
26.04.2016 2475 0.0 0

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 evə ziyan dəyib. Bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik, qaz təsərrüfatlarına da ciddi ziyan vurulub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır. 

Ağdam, Bərdə, Tərtər xəstəxanalarından verilən məlumata görə, mülki şəxslər arasında ölən və yaralanan yoxdur. 

"Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür". Məlumata görə, gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub. 

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar