Almaniyanın kansleri Anqela Merkel müsəlmanlarla birlikdə iftar ziyafətində iştirak edib. Məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi “Villa Borsig”də təşkil olunan iftar ziyafətində çox sayda siyasətçi və müxtəlif dinlərin nümayəndələri iştirak ediblər.
Ziyafətdə çıxış edən Merkel bütün dinlərin nümayəndələrini bir-birlərinə qarşılıqlı hörmətə dəvət edib, ramazan ayından danışaraq bu ayın müsəlmanlara mənliklərini göstərmək üçün yardımçı olduğunu deyib. Din adına dünyada zorakılıq hadisələrinin çoxaldığını deyən Merkel təəssüf hissi ilə bunun daha çox İslam adına olduğunu bildirib.
Anqela Merkel Almaniyada yaşayan müsəlmanların hər cür təcridə məruz qalmasını və onlara şübhəylə yanaşılmasını bəyənmədiyini qeyd edib.
Müsəlmanların əksəriyyətinin konstitusiyaya sadiq insanlar olduğunu deyən Merkel, İslam dininin Almaniyaya aid olduğunu vurğulayıb.
Son vaxtlar məscid, kilsə və sinaqoqlara qarşı hücumların intensivləşdiyini deyən Merkel, hər kəsin bu cür hücumların hədəfində olduğunu qeyd edib. “Hücumların hədəfində inanc azadlığı və demokratiya var. Bu cür hadisələrə səssiz qalınmamalıdır”.
“Villa Borsig”dəki iftarda miqrasiya və inteqrasiya baziri Aydan Özoğuz, Amaniya kordinasiya şurasının sözçüsü Nurhan Soykan, Almaniya yəhudiləri mərkəzi şurasının sədri Cozef Şuster, Almaniya protestant kilsəsi şurasının sədri Henrik Bedford Storm və Almaniya katolik kilsələri mərkəzi şurasının sədri Alois Qluk de iştirak edib. /anspress/