Ankaradan Putinə cavab: Gəlin danışaq
30.05.2016 747 0
Rusiya Prezidenti Vladimir Putinin “Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirik” açıqlamasına Ankara cavab verib.
Məlumata görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu verdiyi açıqlamasında bunun üçün birgə işçi qrupunun yaradılmasının vacib olduğunu deyib:
“Putin deyir ki, addım gözləyirik. Biz də deyirik ki, bu addımları ata bilmək üçün gəlin birgə işçi qrupu yaradaq. İstər rəsmi, istərsə də qeyri-rəsmi, necə istəyirlər. Danışaq, hansı addımları atacağımızı dəyərləndirək və nəticədə də ortaq yolu tapaq”./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər