Ankarada ABŞ səfirliyi qarşısında atəş açılıb
20.12.2016 932 0.0 0

Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.

 

TASS agentliyinə istinadən verilən məlumata görə, polis naməlum şəxsi tərksilah edərək həbs edib.

 

 ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib: “İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”. 

 

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar