Ankara terrorunu bu qruplaşma öz üzərinə götürdü
20.02.2016 672 0.0 0

Bir neçə gün öncə Ankarada törədilən terror aktının məsuliyyətini öz üzərinə TAK (Kürdüstan Azadlıq Şahinləri) terror təşkilatı götürüb. Məlumata görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Kürd döyüşçülərindən ibarət "Kürdüstan Azadlıq Şahinləri" PKK terror təşkilatı ilə bağlılığı olan terror qrupudur. 28 nəfərin həlak olduğu terror aktını təşkilatın Abdulbaki Sönməz adlı terrorçusu törədib.

 

Terrorçu Abdulbaki Sönməz 

"Kürdüstan Azadlıq Şahinləri" qruplaşmasının üzvləri terror aktının Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın kürdlərə qarşı apardığı siyasətə qarşı cavab olduğunu bildiriblər.

ABŞ-ın terror təşkilatları siyahısında yer alan "Kürdüstan Azadlıq Şahinləri" Türkiyə hökumətinin ölkənin cənub-şərqində apardığı siyasətə qarşı rəsmi Ankaranı yeni hücumlarla hədələyib.

Qeyd edək ki, fevralın 17-si Türkiyənin paytaxtı Ankarada hərbi şəhərciyin yaxınlığında hərbi avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verən partlayış 28 nəfərin həyatına son qoyub, 61 nəfər isə yaralanıb.

Terror aktı qeydə alınan ərazi Türkiyə Böyük Millət Məclisi, Baş Qərargah, Daxili İşlər Nazirliyi kimi stateji dövlət qurumlarının yaxınlığındadır.

Xəstəxanada olan yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar