Anjey Kaspşik cəbhədə gərginliyin artmasından narahatdır
03.09.2015 523 0.0 0

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan sentyabrın 2-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

“armenpress.com”a istinadən verilən xəbərə görə, görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyət müzakirə olunub. Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək “Şant-2015” təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib. 
 
Qeyd edək ki, A. Kaşpşik bu gün Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla da görüşüb. O, sentyabrın 4-də təmas xəttində monitorinq keçirəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar