Angela Merkel müsəlman qızı belə ağlatdı (VİDEO)
25.12.2015 714 0.0 0

Almaniya höküməti fələstinli miqrant 14 yaşlı Reem Sahvilin 2017-ci ilin oktyabr ayına qədər ölkədə qala biləcəyinə icazə verib.

Məlumata görə, gənclərin yığışdığı “Almaniyada yaxşı həyat” başlıqlı panelə qatılan 14 yaşlı fələstinli qız ailəsi ilə birlikdə 4 ildir Almaniyada yaşamaq icazəsi gözlədiyini və bu icazəni ala bilməyəcəyi təqdirdə Livandakı miqrant düşərgəsinə göndəriləcəklərini söyləyib. 

Zəif almancasıyla burada unveristetə qəbul olmaq istədiyini söyləyən Reem “başqalarının həyatdan aldığı zövqün sənin ala bilməyəcəyini görmək, gələcəyin mənə nə bəxş edəcəyini bilməmək çox ağır hissdir” deyə fikirlərini ifadə edib.

 

Almaniya kansleri Angela Merkel fələstinli qızın sözlərinə cavab olaraq “Siyasət bəzən qəddar olur. Sən çox yaxşı insansan. Amma bilirsən ki, Livandakı fələstinli düşərgələrində minlərcə insan var. Qaçqınların hamısı Almaniyada qala bilməz.Onlar evlərinə qayıtmağa məcburdur” deməsindən sonra Reem ağlamağa başlayıb.

 

 

Qızın yanına gələn Merkel Reemin başına sığal çəkərək, ” Sən bu ağır vəziyyətdə çox uğur qazanmısan” deyərək qıza təsəlli verib.

Baş verən üzücü hadisədən sonra 14 yaşlı Reem Sahvilin Almaniyada qalması üçün icazə verilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar