Angela Merkel: Berlində 12 nəfərin öldüyü hadisə terror aktıdır
20.12.2016 463 0.0 0

Almaniya kansleri Angela Merkel Berlində yük maşınının Milad yarmarkasında insanları əzməsi hadisəsini terror aktı adlandırıb.

 

“Reuters”-ə istinadən yayılan məlumata görə, hadisədə təqsirli bilinənlərin cəzalandırılacağını deyib.

 

“Hazırda araşdırma aparılır. Hadisəni törədən Almaniyada sığınacaq almış qaçqındırsa, o zaman bu, bizim üçün daha ağırdır. Çünki sığınacaq verdiyimiz, kömək etdiyimiz insan bizə qarşı  bunu etmiş sayılır” – deyə, Merkel əlavə edib.

 

Qeyd edək ki, dekabrın 19-da Pakistan əsilli, 1993-cü il təvəllüdlü Naved B. idarə etdiyi yük avtomobilini Berlində Milad yarmarkasındakı insanların üzərinə sürüb. Nəticədə 12 nəfər ölüb, 48 nəfər xəsarət alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar