Anar Nağılbaz ölkədən qaçdı
01.06.2015 971 0.0 0

Tanınmış repçi Anar Nağılbaz ölkədən qaçıb. 

Məlumata görə, Azərbaycanı həmişəlik tərk edən Nağılbaz Çexiyada sığınacaq alıb.

Məlumata görə, Çexiya dövləti azərbaycanlı repçiyə "Azül" düşərgələrində yaşamağa icazə verib. 

Çexiyanın "Nova CZ" telekanalında qaçqınlara həsr olunmuş süjetdə azərbaycanlı repçiyə də yer verilib. Müsahibəsində siyasi sığınacaq almaq istəyini bildirən Anar Nağılbaz Çexiya dövlətinin onun xeyrinə qərar çıxaracağına ümid etdiyini deyib.

Xatırladaq ki, Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar