Ana və qızı pomidor turşusundan zəhərlənib
10.12.2015 442 0.0 0

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü, Ruhiyyə Aslanova və onun qızı, 1995-ci il təvəllüdlü Kəmalə Məmmədova ağır zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə R. Aslanova və onun qızı bir neçə gün əvvəl pomidor turşusu yeyiblər. Özlərini pis hiss etsələr də, xəstəxanaya getmək istəməyiblər. Bu gün isə vəziyyətləri pisləşdiyi üçün xəstəxanaya yerləşdiriliblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar