Ana qızını diri-diri yandırdı
13.06.2016 1248 0
Pakistanda istədiyi oğlanla qaçdığına görə qızı anası və qardaşı diri-diri yandırıb. Məlumata görə, 18 yaşlı qız qohumlarının narazılığına baxmayaraq istədiyi şəxsə qoşulub qaçıb. Onlar bu il mayın 29-da rəsmi nikaha da giriblər. Lakin qızın qohumlarının ona qarşı hirsi hələ də soyumayıb.
Ana və qardaşı qızı evə gətirərək onu yatağa bağlayıblar və üzərinə nöyüt tökərək yandırıblar. Hadisədən dərhal sonra Pakistan hüquq-mühafizə orqanları cinayətkarları tutublar. Onlar törətdikləri hadisəni boyunlarına alıblar və bunu nəyə görə etdiklərini açıqlayıblar.
Mərhumun həyat yoldaşının sözlərinə görə, sonuncu dəfə qızın anası onlara gələndə qız onunla getmək istəməyib və həyat yoldaşına yalvarıb ki, onu anası ilə getməyə qoymasın. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər