Ana doğuşdan sonra öldü-Azərbaycanda
08.03.2016 902 0
İmişli rayonunda ana doğuşdan sonra ölüb.
APA-nın məlumatına görə, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı evdə uşaq dünyaya gətirmək istəyib.
Uşağı ölü doğulmuş anada daha sonra qanaxma başlayıb. O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsində aqonal vəziyyətdə çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər