Rusiya prezidenti Vladimir Putin bu gün 11-ci böyük mətbuat konfransını keçirir.
Rusiya KİV-nə istinadən verilən xəbərə görə, prezidentin sözçücü Dmitriy Peskov budəfəki konfransda rekord sayda -1392 yerli və əcnəbi jurnalistin qeydiyyatdan keçdiyini deyib.
Putin "ölkədə vəziyyət nə vaxt düzələcək" deyə verilən ilk suala anekdotla cavab verib. Dövlət başçısının çıxışından önəmli tezisləri təqdim edirik:
“İqtisadi böhranın pik mərhələsi arxada qalıb
Rusiyanın xarici borcu 2014-cü illə müqayisədə 13 faiz azalıb.
Neftin 2016-cı ildə barellinin 50 dollarlıq proqnozu hədsiz nikbindir
Türkiyənin rus təyyarəsini vurması düşmən davranışıdır. Çünki bizim insanlar öldü. Bizi ən çox nə narahat etdi? Türkiyə hökuməti təyyarənin Rusiyaya aid olduğunu guya bilmirdilər. Əgər bu bədbəxt hadisə olsaydı, o zaman nə etmək lazım idi? Axı insanlar ölüb. Dərhal dəstəyi qaldırıb izahat vermək lazım idi. Bunun yerinə Brusselə qaçdılar ki, bizi incidirlər. Kim sizi incidir? Biz orada kiməsə toxunduq? Xeyr! NATO-nun arxasında gizləndilər. NATO-ya bu lazımdır?
Türkiyə çox həssas bi məsələ ilə bağlı bizdən yardım istədi. Nə ilə bağlı olduğunu deməyəcəm. Bu mənim üslubum deyil. Amma biz onlara “yox” demədik. Yardım etməyə hazır idik.
Mən Türkiyənin indiki rəhbərliyi altında bu ölkə ilə əlaqələrin perspektivini görmürəm.
Onlar düşündülər ki, biz oarada qaçacağıq. Xeyr, Rusiya o ölkə deyil. Biz Suriyadakı hərbi aviasiyamızın sayını artırdıq.
Siz soruşdunuz ki, bəlkə, orada hansıda üçüncü tərəf var? Mən sizin nəyə işarə etdiyinizi anlayıram. Biz bunu bilmirik.
Əgər kimsə Türkiyə rəhbərliyindən amerikalıların bir yerini yalamaq istəyibsə, bilmirəm amerikalılara bu lazımdırmı?
Türkiyədə sürünən islamlaşma gedir, yəqin ki, Atatürk qəbrdə fırlanır.
Suriyada kimin rəhbərlik edəcəyinə gəlincə, bunu ancaq öz xalqı müəyyən edə bilər. Əgər biz görsək ki, siyasi proses başlayıb və Suriya rəhbərliyi özü atəşi dayandırmaq və danışıqlara başlamaq istəsə biz həmin andan etibarən suriyalılardan çox suriyalı olacağıq. Bu bizə niyə lazımdır. Bu nə qədər tez baş versə, o qədər də yaxşıdır.
Moskva Ukraynadakı münaqişənin tez zamanda həllində maraqlıdır. Lakin Ukraynanın cənub-şərqində insanların öldürülməsi yolu ilə deyil.
Biz Ukraynaya qarşı hər hansı sanksiya tətbiq etmək niyyətində deyilik. Sadəcə olaraq, Ukraynanın hər hansı üstünlük və imtiyazları olmayacaq"
Putin Gürcüstanla Rusiya arasındakı gərginliyə də toxunub:
“Gürcüstanla əlaqələri biz korlamamışıq, lakin bərpa etməyə hazırıq. Saakaşvili 2008-ci ildə avantürist qərar qəbul etməməli idi. Bu, onların günahıdır. Saakaşvilinin Odessa qubernatoru təyin edilməsi isə Ukrayna xalqının üzünə tüpürməkdir.
Moskva Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır.
Rusiya ABŞ-la əlaqələri inkişaf etdirmək istəyir. Rusiya amerikalıların seçəcəyi istənilən prezidentlə işləməyə hazırdır./qafqazinfo.az/