Amerikalı həmsədr Ermənistan prezidenti ilə görüşüb
06.10.2017 660 0.0 0

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer Ermənistan Prezidenti Serj Sarqsyanla görüşüb.

 

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, Ermənistan dövlət başçısı təyinatı ilə əlaqədar E.Şoferi təbrik edərək amerikalı yeni vasitəçinin diplomatik missiyasının Dağlıq Qarabağ münaqişəsinin həllinin çətin dövrünə təsadüf etdiyini vurğulayıb.

S.Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişəni yalnız sülh yolu ilə, beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq həll etmək üzrə vasitəçilik səylərinin uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri regiondakı vəziyyətlə tanış olur.

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar