Amerika qoşunları bu gün Polşaya gələcək
05.02.2022 342 0.0 0

Şərqi Avropada NATO ölkələrini gücləndirmək üçün göndərilən ilk Amerika qoşunları bu gün Polşaya gələcək.

Bildirək ki, bu barədə Reuters agentliyinin yaydığı məlumatda bildirilir.

Agentliyin mənbəsinin sözlərinə görə, artıq bu həftə Amerika hərbi texnikası Polşa ərazisinə gəlməyə başlayıb. Qeyd olunur ki, Amerika hərbi kontingentinin yerləşdirilməsi vaxtı dəyişə bilər.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar