ABŞ-ın yeni prezidenti Donald Trampın miqrantlarla bağlı mövqeyi bir çox dövlət strukturları tərəfindən qəbul olunmur.
Məlumata görə, Los Anceles polisinin şefi Çarki Bek deyib ki, miqrantlarla bağlı məsələdə planlarını dəyişdirməyəcəklər.
Polis şefi Trampla birlikdə hərəkət etməyəcəklərini vurğulayıb.
“Ölkənin təhlükəsizliyi ilə bağlı məsələdə Trampla birlikdə işləməyəcəyik. Biz öz işimizi görəcəyik”, - deyə o bildirib.
D.Tramp qanunsuz miqrantlarla bağlı məsələni şərh edərkən “ya deportasiya edəcəyik, ya da həbs olunacaq” deyə bildirmişdi.
Ekspertlər yerli qrumlarla yeni prezidentin mövqelərinin uzlaşmamasını, xüsusilə bunun açıq etiraz formasında dilə gətirilməsini ABŞ-ın parçalanma mərhələsinə qədəm qoyması kimi qiymətləndirir./publika.az/