AMEA əməkdaşları üçün yaşayış kompleksi salınacaq, poliklinika yaradılacaq
17.11.2017 805 0.0 0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) VII Qurultayı keçirilib.

 

Məlumata görə, qurultayda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev və digər səlahiyyətli nümayəndələr iştirak ediblər.

 

AMEA AHİ-nin sədri vəzifəsini icra edən, professor Habil Qurbanov qurumun 5 illik fəaliyyətinə dair hesabatla çıxış edib. O bildirib ki, AHİ tərəfindən üzvlərin sosial - iqtisadi maraqlarının təmin edilməsi istiqamətində bir sıra işlər həyata keçirilib.

 

H. Qurbanov qeyd edib ki, hazırda Abşeron rayonunun Saray qəsəbəsində AMEA əməkdaşları üçün yaşayış kompleksinin salınması məqsədilə Akademiyanın rəhbərliyi tərəfindən addımlar atılır.

 

H. Qurbanov AMEA əməkdaşları üçün poliklinikanın yaradılması üçün A. Əlizadəyə müraciət olunduğunu vurğulayıb: “Hazırda bu istiqamətdə işlər gedir. Akif müəllimlə səhiyyə naziri arasında bu məsələ razılaşdırılıb”.

 

Məruzə dinlənildikdən sonra açıq səsvermə yolu ilə 5 illik fəaliyyət qənaətbəxş hesab edilib.

 

Qurultayda Nəzarət-Təftiş Komissiyasının da hesabatı dinlənilib. Hesabat qurultay nümayəndələri tərəfindən qənaətbəxş hesab olunub.

 

Daha sonra AMEA AHİ-nin sədri vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə H. Qurbanov qurumun sədr seçilib. Qurultayda AMEA AHİ məclisinin və Nəzarət – təftiş komissiyasının yeni tərkibləri təsdiq edilib.

 

AMEA AHİ-nin Nizamnaməsinə də dəyişikliklər təsdiqlənib.

 

Qurultayda digər təşkilati məsələlər müzakirə olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar