AMB uçot dərəcəsini azaltmağa hazırlaşır
30.05.2017 789 0.0 0

"Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri, onun dinamikasıdır. Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya aşağıdır".

Qazeta.info "Report" -a istinadla xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir: "Belə olan şəkildə bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında Mərkəzi Bankın Mərkəzi Komitəsinin iclası olacaq və o zaman bu, əsas müzakirə mövzusu olacaq".

Qeyd edək ki, 14 sentyabr 2016-cı ildən etibarən Azərbaycanda uçot dərəcəsi 15%-dir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar