"ALTILIQ" İRANLA NÜVƏ DANIŞIQLARIN TƏXİRƏ SALDI
25.11.2014 1368 0.0 0
 

Vyanada Birləşmiş Ştatlar, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İran və Avropa Birliyi nümayəndəsinin Tehranın nüvə proqramı ilə bağlı danışıqları nəticəsiz başa çatdı.

 

İranın Nüvə proqramı ilə bağlı danışıqların müddəti 2015 ci il iyun ayının 30 -dək uzadılıb

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan edib.

 

“Biz “altılıq” ölkələri ilə birlikdə İranın nüvə proqramı ilə bağlı diplomatik səylərin davam etdiriləcəyini, danışıqların müddətinin iyunun 30-dək uzadılması barədə razılığa gəldik. Qarşıdan gələn 4 ay ərzində danışıqları bitirmək niyyətindəyik. İyunun 30-dək isə yerdə qalan ziddiyyətlər və fikir ayrılığı tərəflər arasında keçirilən müzakirələrdə öz həllini tapmalıdır”, deyə Eşton bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar