Aloe bitkisinin faydaları
14.03.2015 853 0.0 0

Bu bitkini "ev həkimi" adlandırırlar. Aloe bitkisi müxtəlif xəstəliklər zamanı istifadə olunur.

 

Farmasevtik sənaye bu bitkinin əsasında müxtəlif dərman preparatları,

körpələr üçün olan müxtəlif yağlar, kremlər və s. hazırlayır.

Araşdırmalar nəticəsində məlum olub ki, aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddələr var - vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s.

Aloe (bu bitkini "aloe vera" da adlandırırlar) güclü yarasağaldan təsirinə

malikdir. Dəridə olan yaraları bu bitkinin köməyi ilə tez bir zamanda

sağaldmaq mümkündür. Bunun üçün bitkinin ən qalın yarpaqları (onlar

aşağıda yerləşir) istifadə olunur. Yarpaq yuyulur, üzərində olan nazik

pərdə soyulur və yarpaq yaranın üzərinə qoyulur.

 

Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir,

ağsızlaşdıran, mikrob və iltihabəleyhinə təsirinə malikdir. Sübut

olunub ki, aloe bitkisi stafilokokklar, streptokokkları, göbələkləri

məhv edir.

 

Aloe yalnız dərinin üzərində olan yaraları yox, daxildə olan yaraları da

sağaldır. Aloe şirəsi mədə və 12 barmaq bağırsağı xoraları və eroziyaları

zamanı geniş istifadə olunur. Şirə xoraların və eroziyaların sağalmasını

sürətləndirir. Aloe şirəsinin balla qarışığı bu xəstəliklər zamanı ən təsirli

və sınanmış xalq təbabəti üsullarından biri sayılır.

 

Bu təbii dərmanı hazırlamaq üçün aloenin qalın yarpağı götürülür, tənzifə

bükülür və 3-4 gün ərzində soyuducuda saxlanılır. Daha sonra yarpaq

yaxşı yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq blenderdə

əzilir. Alınmış kütlə bir neçə lay tənzifdən sıxılır. 2 xörək qaşığı aloe 1

xörək qaşığı balla qarışdırılır və səhər tezdən qida qəbulundan əvvəl qəbul

edilir. Müalicə kursu 10-15 gündür.

 

Aloe şirəsi ilə bal həm də yüksək immunitet stimullaşdırıcı təsirinə

malikdir. Soyuq fəsillərdə bu sadə vasitə sizi respirator xəstəliklərdən

qoruyacaq.

 

Aloe şirəsini həmçinin rinit (zökəm) zamanı buruna damızdırmaq olar.

Boğaz ağrısı, tonzillit (angina), stomatit (ağız boşluğu iltihabı) zamanı

aloye şirəsi ilə qarqara çox yaxşı müalicəvi təsir edir.

 

Aloe şirəsinin güclü işlədici təsiri var. Qəbizlikdən əziyyət çəkən

insanlar aloe şirəsini müalicəvi vasitə kimi istifadə edə bilərlər.

 

Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz

dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə

yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik

maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq

olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe

şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə

yuyun.

 

Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı

soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1

gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyonu

yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı)

dərinin kiçik hissəsində yoxlayın, qazırtı və s. allergik reaksiya olmazsa,

istifadə edə bilərsiniz.

 

Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası"

olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir

çox anti-age ("yaş əleyhinə") vasitələrin tərkibinə daxil edilir. Ev

şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək

olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə

satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir.

20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem

çəkin./saglamolun.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar