Almatının bəzi rayonlarında atışma səsləri eşidilir
09.01.2022 315 0
Qazaxıstanın Almatı şəhərinin bəzi ərazilərində atəş səsləri eşidilir.
"RİA Novosti"yə istinadən xəbər verilir ki, polis əməkdaşları Almatının Baytursinov küçəsində bir nəfəri saxlayıblar.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşların baş verdiyi bölgələrin demək olar ki, hamısında vəziyyət sabitləşib.
Asayişin bərpası üzrə əməliyyat davam edir. Kommunal obyektlərin işi bərpa olunur.
Qazaxıstanda hazırda fövqəladə vəziyyət rejimi qüvvədədir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər