Oktyabr İnqilabının lideri Vladimir İliç Leninin nəhəng heykəli, Berlində 25 il sonra bastırıldığı meşədən çıxarılıb.
Qazeta.info xarici KİV-lərə istinadla bildirir ki, Berlinin mərkəzi hissəsində olan Lenin Meydanında 19 metrlik hündürlüyə malik olan heykəl iki Almaniyanın birləşməsinin sonra 1991-ci ildə təxminən 130 hissəyə parçalanaraq meşədə basdırılmışdı. Berlinin cənub-şərqindəki meşə ərazisində basdırılan heykəlin baş qisimi qaldırıcı kran vasitəsilə çıxarılıb.Bildirək ki heykəlin digər hissələri çıxarılmayacaq.
Xatırladaq ki, heykəlin baş hissəsinin çıxarılmasında əsas məqsəd Spandau Hisar Muzeyində (Zitadelle Spandau) şəhər tarixini izah edən sərgidə nümayiş etdirmək olub. məlumata görə heykəlin baş hissəsi 1,70 metr hündürlüyə malik olmaqla təxminən 3,5 ton ağırlığındadır.