Almaniyanın ədliyyə naziri Xayko Mas ölkənin Baş prokuroru Harald
Rangeni istefaya göndərib. O, bunu ötən gün Berlində bəyan edib.
Rangenin istefası Netzpolitik.org portalının jurnalistlərinə qarşı aparılan təhqiqatla əlaqədar yaranmış qalmaqal fonunda baş verib. Almaniyanın Federal Prokurorluğu onları dövlət sirrinin yayılmasında şübhəli bilib. Ölkənin bir çox siyasətçilərinin bloqerlərin və onlara məlumat ötürən insanların təqib edilməsinə son qoymaq tələb ilə çıxış etməsinə cavab olaraq N.Range Ədliyyə Nazirliyini sərt tənqid atəşinə tutub. Baş prokuror Xayko Ması istintaqa təzyiq göstərməklə məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməkdə ittiham edib.
Netzpolitik.org portalının barəsində istintaq aparılan jurnalistləri
Ədliyyə nazirinin sözlərinə görə, Rangeyə olan etibar tamamilə itib: "Baş prokurorun son bəyanatları və hərəkətləri qətiyyən qəbuledilməzdir və cəmiyyətdə çaşqınlıq yaradır."
Netzpolitik.org portalının jurnalistlərinin təqib edilməsinə qarşı etitaz aksiyası
Xarald Rangeni baş prokuror vəzifəsində Münhen şəhərinin Baş prokuroru Peter Frankın əvəz edəcəyi bildirilir.
Netzpolitik.org saytı Konstitusiyanın Qorunması üzrə Federal Xidmətinin (BFV, Almaniya əks-kəşfiyyatı) internetdə izləmələrin həyata keçirilməsinə dair planların həyata keçirilməsinə dair planlarını əks etdirən məlumatalrı. Belə ki, izləmə proqramlarının maliyyələşdirilməsinin artırılması və sosial şəbəkələrin monitorinqi ilə məşğul olan xüsusi şöbənin yaradılması nəzərdə tutulurmuş. /anspress/
Harald Range - Baş prokuror və Xayko Mas - ədliyyə naziri