Almaniyalı nazirə bağlamada bomba göndərilib
16.03.2017 1028 0
Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.
“Deutsche Welle”-yə istinadən verilən xəbərə görə, V. Şoybleyə ünvanlanan şübhəli bağlamanı nazirliyin ekspeditor xidmətinin əməkdaşları aşkarlayıb.
Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükə kəsb etdiyini təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər