Almaniyadakı siyasi qeyri-müəyyənlik avronu ucuzlaşdırır
20.11.2017 749 0.0 0

Qlobal maliyyə bazarında avro əsas valyutalarla müqayisədə ucuzlaşmağa başlayıb.

Məlumata görə, buna səbəb Almaniyada kansler Angela Merkelin koalisiya hökuməti yaratmaq cəhdlərinin uğursuzluqla nəticələnməsi olub. Qeyd edək ki, Merkelin rəhbərlik etdiyi mühafizəkarların mövqeyi sentyabr ayında keçirilmiş seçkilərdə zəifləyib. Bu gün Angela Merkel Almaniya Prezidentinə koalisiya hökuməti qura bilməməsi barədə məlumat verib. Belə ki, bu gün Merkel Azad Demokrat Partiyasi ilə koalisiya danışıqlarında rədd cavabı alıb. Bu da o deməkdir ki, Merkelin partiyası koalisiya hökumətini formalaşdıra bilməsə, ölkə yeni seçkilərə gedəcək.

Bu xəbər avronun dollarla müqayisədə məzənnəsinin 1,18 USD/EUR səviyyəsindən 1,1725 USD/EUR-a qədər endikdən sonra, hazırda 1,1740 USD/EUR-a yüksəlib. Yaponiya yeni ilə müqayisədə isə avro 133,2-dən 131,3-a qədər geriləyib.

"Report"un analitik qrupu avroda ucuzlaşmanın ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar