Almaniyada «Quran» təhqir olundu
21.08.2015 511 0.0 0

Almaniyanın Zul şəhərində qaçqınlar üçün nəzərdə tutulan mərkəzdə Quran üstündə düşən mübahisə 17 nəfər adi vətəndaşın, 6 nəfər polis işçisinin xəsarət alması ilə nəticələnib. 

Məlumata görə, Qurandan bir neçə səhifə qopardıb vərəqləri unitaza atan 25 yaşlı əfqana təxminən 20 nəfər insan hücum edib. Hadisə yerinə gələn polislər də qaçqınlar tərəfindən hücuma məruz qalıblar. Onların üzərinə daşlar, hətta, beton lövhələr atılıb. 

 


Qaçqınlar düşərgəsində polislərin hadisəyə müdaxiləsi


Qarışıqlığın baş verdiyi qaçqınlar mərkəzində 1800 insan məskən salıb, halbuki, bura yalnız 1200 insan üçün nəzərdə tutulub.

Lakin Türingiya ərazisinin miqrasiya üzrə naziri Diter Loinqer zorakılığa səbəbin məhz insanların çox olması ilə bağlı olmadığını bildirib.

Türingiyanın baş naziri Bodo Ramelovanın fikrincə isə, qaçqınlar arasında tez-tez qarışıqlığın düşməsinə səbəb, qaçqınlar üçün nəzərdə tutulan mərkəzdə müxtəlif mədəniyyətli və milliyyətli nümayəndələrin yaşamasıdır. Ramelov onu da əlavə edib ki, səbəbin nədən ibarət olmasından asılı olmayaraq, bu heç kimə müqqədəs kitabı cırmaq və onu unitaza atmağa haqq vermir. 

 


Zul şəhərində qaçqınların mübahisəsi


Quranı cırmaqda ittiham olunan əfqanıstanlı indi polis bölməsində saxlanılır. Onun dini mənsubiyyəti haqqında isə hələ heç bir açıqlama verilmir.

Alman siyasətçiləri fikirincə, istər qaçqınlar mərkəzində, istərsə də, digər mərkəzlərdə də axının çox olması gərginliyin yaranmasına səbəb olur.

Təkcə iyul ayında Avropa Birliyi sərhədinə 107500 miqrant gəlib. Onların yarıdan çoxu Almaniyaya qədər irəliləyiblər. Miqrantların əksəriyyətinin Suriya, Əfqanıstan və Afrikadan gəldikləri deyilir. 

Bundan əvvəl də bu həftə qaçqın düşərgəsində İslama qarşı marş keçirilib./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar