Almaniyada koalisiya hökumətinin qurulacağı dəqiqləşib
04.03.2018 849 0.0 0

Almaniyada koalisiya hökumətinin qurulacağı dəqiqləşib.

 

ZDF telekanalına istinadən verilən məlumata görə, sosial-demokratlar Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı / Xristian-Sosial İttifaqı ilə birgə yeni hökumət qurulmasına razılıq verib.

 

Fevralın 20-dən martın 2-dək poçt vasitəsi ilə 463 min partiya üzvü arasında poçt vasitəsi ilə keçirilən səsvermənin nəticələri bu gün məlum olub. Sosial demokratların əksəriyyəti Böyük koalisiyanın qurulmasına müsbət yanaşıb.

Bundan əvvəl A. Merkelin rəhbərlik etdiyi koalisiya razılaşmasını dəstəkləyib.

 

Qeyd edək ki, Almaniya Bundestaqına seçkilər 2017-ci ilin sentyabr ayında keçirilib və seçkilərdən sonra koalisiya qurulması ilə bağlı danışıqlar başlanıb.  Fevralın 7-də koalisiya qurulması ilə bağlı layihə razılaşdırılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar