Almaniyada Hitlerin kitabının satışı başlayıb
02.01.2016 487 0
2016-cı il yanvarın 1-dən Almaniyada İkinci Dünya müharibəsindən sonra ilk dəfə Adolf Hitlerin “Mayn Kampf” (“Mənim mübarizəm”) kitabının leqal satışı başlayıb. Qazeta.info Modern.az-a istinadən bildirir ki, bu vaxta qədər kitab Bavariya hökumətinə məxsus olub, ancaq dekabrın 31-dən bu müddət başa çatıb.
Yeni ki cildlik “Mayn Kampf” tarixçilərin 3700 qeydləri və şərhləri ilə yenilənib. Kitabı Münhen Müasir Tarix İnstitutu 4 minə yaxın tirajla çap etdirib. Naşirlər bildirirlər ki, məqsəd yenidən faşizmi təbliğ etmək deyil.
Hitler “Mayn Kampf” kitabında özünün irqçi və antisemit baxışlarını söyləyib. Hitler hakimiyyətə gələndən sonra kitab faşistlərin müqəddəs naməsinə çevrilib. Onun Almaniyada ümumi tirajı 12 milyon nüsxə olub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər